AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 9-03-2022, 14:42

    Masallıda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib - FOTO

    Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Masallı rayonu Ərkivan qəsəbəsi Qızlaküçə kənd məscidi dini icması və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Masallı rayonunda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, tədbirdə Masallı rayonunda yaşayan şəhid ailələrinin qadın üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

    Belə ki, əvvəlcə Masallı rayonunun Qəhrəmanlar parkında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

    Sonra isə tədbirin rəsmi hissəsi başlayıb və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Qeyd edək ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Masallı RİH başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, başçının müavini Aybəniz Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazisi Rəşid Talıbov, Biləsuvar Qadın Resurs Mərkəzinin rəhbəri Natavan Əzizova və şəhid anaları çıxış ediblər, şəhidlərin ruhuna dualar oxunub.

    Məlumat üçün bildirək növbəti tədbir Lənkəran rayonunda keçiriləcək.










    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR