AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

XİN Ukraynadakı vəziyyətlə bağlı Azərbaycan vətəndaşlarının təxliyəsi barədə məlumat verib

  • + A
  • - A
  • 14-03-2022, 20:40

    XİN Ukraynadakı vəziyyətlə bağlı Azərbaycan vətəndaşlarının təxliyəsi barədə məlumat verib
    Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.

    Azadmedia.az xəbər verir ki, 14 mart 2022-ci il tarixinədək Azərbaycana 7500 artıq insan təxliyə olunub. Onlardan 3 000 yaxın çarter reysəri, 4500-dən çox insan isə avtobuslarla təxliyə olunub.

    Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.

    Ukraynadakı vəziyyətlə əlaqədar bu bölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın, həmçinin şəxsi imkanları hesabına Azərbaycana geri dönüşü həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR