AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Avropa Şurasından ÇIXARILDI

  • + A
  • - A
  • 16-03-2022, 09:25

    Rusiya Avropa Şurasından ÇIXARILDI

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Rusiya Federasiyasının qurumdan xaric olunması barədə qərar qəbul ediblər.

    Bu barədə AzadMedia.az UNİAN-a istinadən xəbər verir.

    Qeyd edilir ki, heç bir ölkə qərarın əleyhinə səs verməyib. Rusiyanın AŞPA-dan çıxarılmasına 216 ölkə səs verib, 3 ölkə isə bitərəf qalıb. Səsvermədən əvvəl Rusiya tərəfi Strasburqa müstəqil şəkildə çıxmaq üçün ərizə təqdim edib.

    “Lakin bu, bizim planlarımızı dayandırmır, prosedura fasilə vermir”, - Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks bildirib.

    AŞPA-nın qərarında deyilir ki, Rusiyanın fəaliyyəti təşkilatın prinsipləri ilə uyğun gəlmədiyi üçün Avropa Şurasına üzvlüyünə xitam verilməsi tövsiyə olunur. Eyni zamanda, AŞPA Avropa İnsan Haqları Məhkəməsində Rusiyaya qarşı iddialara tezliklə baxılmasını xahiş edir.

    Bununla yanaşı, AŞPA Putinin hakimiyyətinə qarşı çıxan qeyri-dövlət institutlarına dəstək vermək niyyətindədir. Qərarda Avropa Şurasına Rusiyada hüquq müdafiəçiləri, demokratik qüvvələri, azad media və müstəqil vətəndaş cəmiyyətini dəstəkləmək və onlarla qarşılıqlı əlaqədə olmaq tapşırılıb.

    Eyni zamanda, Avropa Şurasının digər üzvləri də həmin qurumara maliyyə ayıracaq. Həmçinin çoxlu sayda ukraynalı qaçqını qəbul edən Avropa Şurasının dövlətlərinə dəstəyin gücləndirilməsi təklif edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR