Masallıda "Dini fanatizm, radikalizm və ekstremizimə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir təşkil olunub.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Martın 16-da Rafiq Əlihəsənov adına Masallı şəhəri bir saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Polis (RPŞ) və Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə "Dini fanatizim, radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.
Belə ki, tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Azay Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Rafiq Əlihəsənov adına Masallı şəhəri bir saylı tam orta məktəbin direktoru Mehriban Sultanova, müəllim, şagirdlər və media nümayəndələri iştirak ediblər.
İlk öncə şəhidlərin xatirəsi yad edilib.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli çıxışında bildirib ki, bu gün dünyanın bir çox ölkəsində dini zəmində zorakılığın, münaqişələrin şahidi olsaq da, Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi seçilir. Lakin ölkəmizdə hökm sürən sabitliyi gözü götürməyən bəzi qüvvələr vardır. Dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə gənc nəsil də sayıqlıq göstərməlidir.
Qeyd edək ki, digər çıxışçılar da mövzu barədə fikirlərini böşüblər.
Ülkər Piriyeva