Hamımıza məlum olduğu kimi, fevralın sonlarında Rusiya Ukraynaya qarşı hərbi əməliyyata başladı. O vaxtdan bəri bu iki ölkə arasında müharibə bütün dünyanın gündəmindən düşmür. İsti təmasların davam etdiyi bölgədən gələn xəbərlər davam edən hücumlar nəticəsində əsgərlərlə yanaşı minlərlə dinc sakinin də həyatını itirdiyini göstərib. Elə bu barədə Politoloq Ülkər Piriyevanın Azadmedia.az-a olan açıqlamasını təqdim edirik.
Ukraynada ölənlərin sayının artması Zelenskini dağıdıcı münaqişəyə son qoymaq üçün Rusiyaya güzəştə getməyə məcbur edir, lakin Ukrayna lideri deyəsən hələ ki, təslim olmaq niyyətində deyil. Digər tərəfdən, iki ölkə arasında sülh danışıqlarının əsas elementləri ABŞ və Avropa liderləri üçün hələ də məxfi olaraq qalır. Rusiya və Ukrayna müzakirəçiləri arasında gizli danışıqlar münaqişənin sonlanması üçün açar olsa da, qəbul edilən qərarlar Avropanın təhlükəsizliyinə daha geniş təsir göstərə bilər. Belə ki, Rusiya prezidenti Ukraynada siyasi dəyişikliyə məcbur etmək üçün hərbi gücdən istifadə edə bilərsə, başqa yerdə də eyni taktikadan istifadə edə bilər. Bu gün Ukraynanın Rusiya tərəfindən işğalının 26-cı günüdür. Vəziyyət günbəgün gərginləşir..
NATO üzvləri suverenlik və beynəlxalq hüququn pozulması ilə bağlı göndərəcəyi mesajdan ehtiyat edərək, Putinə həddən artıq güzəştə gedən sülh sazişinin əleyhinədirlər.
Üstəlik, istənilən potensial sövdələşməyə Qərbin dəstəyi də daxildir, o, Rusiya qüvvələrini geri çəkməsi müqabilində Moskvaya qarşı sanksiyaları ləğv etməli olacaq.
Bir yandan Zelenski həm də öz xalqı tərəfindən təzyiq altındadır. Ən başından da dediyim kimi, Ukraynada Ukrayna yanlılarla bərabər, Rus yanlılar da vardı. Hətda müharibənin ilk günlərində, xarici KİV-dən izlədiyim qədərilə, yalnız Ukrayna bayrağı deyənlərlə bərabər, “Fərq etməz Rysiya, ya Ukrayna bayrağı”, deyənlər də vardı. Bu halda, Zelenskinin qərar vermə mərhələsində hansı çətinlik yaşadığını da az-çox sezmək mümkündür. Bəli, elə bu fikirdən də irəli gələrək, Zelenskinin qeyd etdiyi kimi : "Ukraynada "biz danışıqları eşitmək istəmirik, sona qədər mübarizə aparmaq istəyirik" deyənlər də var. "Heç olmasa, danışıqlar aparmağa çalışın" deyənlər də var.
Ancaq müşahidə etdiyim və gəldiyim qənaət budur ki, ukraynalılar bu müharibədə qalib gələcəklərinə inanırlar, ona görə də çətin və ağır kompromisləri qəbul etməyə bilərlər. Sözsüz ki, onlar belə bir hal ilə rastlaşarlarsa, bunu liderin xəyanəti kimi dəyərləndirə bilərlər.
Avropanın burnunun dibində başlayan bu müharibə gözləniləndən xeyli dərəcədə uzun çəkdi və qənaətimcə, May ayına qədər də davam edəcək.
Bəli, NATO və Aİ-na üzvlüklə bağlı qapıların üzünə bağlandığı Zelenskinin qərarı, bugün bir çox şeyi həll edə bilər, Ukrayna liderinin qərarı həm ölkəsinin gələcəyini, həm də Avropanın təhlükəsizliyini müəyyən edəcək.
Bundan başqa Rusiya Müdafiə Nazirliyi ilk dəfə 2018-ci ildə təqdim edilən “Kinjal” hipersəs raketlərinin ilk dəfə Ukraynada istifadə edildiyini açıqlamışdı. Hətda səs sürətindən on qat daha sürətlə hərəkət edə bilən və gözlənilməz qaçış manevrləri edə bilən bu raketin hava hücumundan müdafiə sistemləri üçün böyük təhlükə yaratdığı, eyni zamanda nüvə başlığı taxılaraq istifadə edilə biləcəyini diqqətə çatdırım.
Ukraynanın hərbi anbarı "Kinjal" hipersəs raketi ilə məhv edildiyi də açıqlanmışdı.
Ukrayna ordusu və xalqının təəccüblü müqaviməti ilə üzləşən Rusiya prezidenti Putin sözsüz ki, prosesin bu qədər uzanmasına və qoşunlarının uğursuz gedişlərinə qəzəblənir. Beləki, elə müharibənin ilk günlərindən etibarən Rusiyanın döyüş taktikası yaxşı olsa da, Rus Ordusunun döyüşə tam hazır olmadığı gözlər önündə idi. Bir sıra rus döyüşçülərinin hərbi təyyalərlə koordinatlara görə quru ərazilərə yerləşdirilməsi gərəkdiyi halda, səhv koordinatlar nəticısində hərbi təyyarə rus hərbçilərini dənizə tökmüşdü. Hər biri paraşütlə dənizə düşmüşdülər.
Başqa bir misalla, ukraynalılara əsir düşən rus hərbçilərindən danışım, onlardan bir neçəsi müharibə üçün gəldiyi ölkədə marketə pivə almağa gediblər. Beləcə əsir düşmüşdülər. Bundan əlavə, digər əsir düşən rus hərbçiləri benzinləri bitdiyi üçün ukrayna polis məntəqəsinə benzin istəməyə enmişdilər və nəticədə əsir düşmüşdülər. Qısacası, Putini həm də qəzəbləndirən təkcə ABŞ-ın və Qərbin ona qarşı duruş sırgiləməsi deyil, eyni zamanda, nizamsız ordusundakı savaşa hazır olmayan yararsız döyüşçülərdir.
Ancaq hər bir halda, Ukrayna lideri Zelenskinin cəbhəsindəki vəziyyət isə daha da mürəkkəbdir.
Az önce mətbuatdan aldığım məlumatda, da Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlarda cəld və mənalı işləməyə daha çox hazırdır, ancaq danışıqların dinamikası vəziyyətin tələblərinə cavab vermir. Danışıqlarda irəliləyişin dərəcəsi yəqin ki, bizim istədiyimiz və vəziyyətin dinamikasının Ukrayna tərəfi üçün tələb etdiyi kimi deyil.”
“Bir daha təkrar edirəm - Rusiya tərəfi Ukrayna tərəfindəki müzakirəçilərdən daha sürətli və daha mənalı işləməyə hazır olduqlarını nümayiş etdirir, - Peskov jurnalistlərə Rusiya və Ukrayna arasında danışıqların hansı mərhələdə olduğu sualına cavabında deyib.
Bəli, Rusiya-Ukrayna müharibəsi 26-cı günündədir..
Danışıqların gedişatı ilə bərabər, bölgədən kritik xəbərlər gəlməkdə davam edərkən, Rusiya Müdafiə Nazirliyi Ukrayna hakimiyyətinə zəng edərək 21 mart saat 05:00-dək Mariupol şəhərini təhvil vermələrini istəyib. Ukrayna Rusiyanın bu ultimatumuna cavab verib.
Beləliklə, Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-ü səhər saatlarında başlayan müharibə bütün sürəti ilə gərgin şəkildə davam edir. Ukrayna Rusiyanın Mariupol ultimatumuna mənfi cavab verib. Bir çox şəhərlərdə humanitar dəhliz açıldığı halda, Mariupolun bu razılaşmadan uzaq tutulub.
Belə ki, Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bazar ertəsi insanların Ukrayna şəhərlərini tərk etməsi üçün səkkiz humanitar dəhlizin razılaşdırıldığını açıqlayıb. Vereşçuk qeyd edib ki, müqavilə Mariupolu əhatə etmir, deyib.
Həmçinin Ukrayna prezidenti Vladimir Zelenski İsrailin vasitəçilik təklifini xatırladaraq, Qüdsdə Rusiya ilə danışıqlar apara biləcəklərini bildirib. Ola bilsin ki, Qüdsdə Rusiya ilə danışıqlara başlayaq”, - deyə bildirib.
Ancaq təəccüb doğuran önəmli nüans da odur ki, Rusiya və Ukrayna arasında sülh danışıqları fevralın 24-də işğaldan bir neçə gün sonra başladı və o vaxtdan bəri hələ də davam edir. İki ölkənin xarici işlər nazirləri Türkiyədə görüşdü. Rusiyanın tələbləri ilə bağlı çoxsaylı mətnlər dərc olundu. Bəs Rusiyanın Mariupolu vəhşicəsinə bombalamasına baxmayaraq, davam edən bu Sülh prosesi nə dərəcədə realdır?
Ağla gələn başqa bir şey də odur ki, bəlkə də ruslar bu Sülh danışıqlarından vaxt qazanmaq niyyətindədirlər və diqqəti törətdikləri dəhşətli qırğınlardan yayındırmaq üçün istifadə edirlər. Sanki rusların Ukraynaya ultimatum verməkdən başqa danışıqlarda dialoq üçün ciddi zəmin olmadığı görünür.
Digər yandan, son zamanlar Türkiyənin iki lideri bir araya gətirmək təşəbbüsü hələ ki, səmərə verməyib. Yəqinki, danışıqlar indikindən qat-qat təkmil mərhələyə keçməyincə bu, mümkün olmayacaq.
Ancaq Türkiyənin hər iki ölkə ilə həm siyasi, həm stratejik müstəvidə əməkdaşlığının yüksək səviyyədə olması və dialoqlar üçün yaradılan şərait də onu göstərir ki, sonda Türkiyə hər iki ölkənin sülh sazişi imzalamasında vasitəçi olacaqdır.
Politoloq Ülkər Piriyeva