AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evi SXM-də gənclərlə görüş keçirib

  • + A
  • - A
  • 5-04-2022, 23:47

    Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evi SXM-də gənclərlə görüş keçirib

    Masallıda gənclərlə maarifləndirici görüş təşkil edilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 04 aprel 2022-ci il tarixində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evi SXM-də “Gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hislərinin artırılması məqsədilə təbliğat xarekterli ideoloji görüş” adlı tədbir keçirilmişdir.

    Tədbiri Masallı rayon İcra Hakimyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tərlan Şahverdiyev açmışdır.
    İlk öncə Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və sonra, tədbirin məqsədinin məktəbli gənclər arasında vətənpərvərlik tərbiyəsinin düzgün formalaşması və vətənə məhəbbətin artırılması barədə tədbir iştirakçılarına məlumat vermişdir.
    Daha sonra Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədri Əyyub Mehtiyev, Şəhid atası Rauf Həsənov, Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov, Azərbaycan Yazıçılar birliyinin üzvü, şair Nurməmməd Ağayev və II Qarabağ müharibəsi veteranı Ceyhun Qurbanov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daxili və xarici siyasəti, rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan ordumuzun, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu barədə söhbət etmişdirlər. Gənclərimizin zərəli vərdişlərdən yayınması düzgün vətənpərvər ruhda formalaşması üçün təbliğat xarakterli tövsiyyələr verilmiş, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğıdan eyni zamanda rayonda gedən abadlıq-quruculuq işlərindən gənclərə bəhs edilmişdir.
    Tədbiri Tərlan Şahverdiyev yekunlaşdırmışdır.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR