YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və partiya fəalları Ağcabədi şəhər sakini, Vətən müharibəsində şücaətlə vuruşaraq yaralanmış Məmməd Məmmədovun və Sadiq Şükürovun ailəsini ziyarət etmiş, onların qayğıları ilə maraqlanmışlar. Bu barədə
Azadmedia.az-a Partiya fəalları məlumat verib. Qeyd edilib ki, Vətən müharibəsi şəhidi Xəyal Həziyevin ailəsi də bayram münasibətilə ziyarət olunmuşdur. Şəhid ailələri və qazilərimiz dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.