AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

  • + A
  • - A
  • 18-02-2022, 21:35

    Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib



    Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımına həsr olunmuş tədbir təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı və şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin müəllim və şagirdlərin iştirakı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş “Əsrin faciəsi” mövzusunda tədbir keçirildi. Tədbir Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Belə ki, muzeyin elmi işçisi Dilgüşə Məmmədova ilk çıxış edərək Xocalı soyqırımının baş verməsindən illər ötdükcə onun ağrı-acısı heç də unudulmur, əksinə millətin yaddaşına əbədi həkk olduğunu deyib. D. Məmmədova Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalıdır söyləyib. Növbəti çıxışçı Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini alması və bu faciənin daha geniş tanıdılması işini hər bir azərbaycanlı özünə mənəvi borc bilməlidir deyib.

    Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı mühazirə edərək, Xocalı faciəsinin təşkilatçıları və icraçılarının törətdikləri soyqırım nəticəsində qətlə yetirilənlər və bu hadisə qurbanlarının başına gətirilən dəhşətlərdən şagirdlərə geniş məlumat verib.

    Daha sonra məktəblilər Qalereyada “Dəhşətli gecə” başlığı altında həmyaşıdlarının çəkdiyi Xocalı faciəsi mövzusundakı rəsm sərgisi ilə tanış olublar.

    Qeyd edək ki, rayon məktəbliləri Xocalı soyqırımına həsr edilmiş şeirlər səsləndiriblər.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR