Cəlilabadda "Əsrin bəlası - narkomaniyaya yox deyək!" adlı tədbir təşkil edilib.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad rayon Alar kənd Mədəniyyət Evi və Heydər Əliyev adına Alar kənd 1 nömrəli tam orta məktəbi kollektivinin təşkilatçılığı ilə adıçəkilən orta məktəbdə "Əsrin bəlası - narkomaniyaya yox deyək!" adlı tədbir təşkil olunub.
Tədbirdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, rayon İcra Hakimiyyətinin şöbə müdiri, rayon Təhsil Şöbəsinin müdiri, Alar kənd inzibati ərazi nümayəndəsi, sözügedən kəndin Mədəniyyət Evinin və məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.
Nəzərinizə çatdıraq ki, çıxışlar zamanı narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Narkomaniyanın bir xəstəlik olduğu və bununla mübarizədə maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Bu problemin həllində əsas addımların yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirmək olduğu vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
ƏLİHÜSEYN ŞÜKÜROVÜlkər Piriyeva