AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qalib dövlətin qalib rəhbəri - ÖZƏL

  • + A
  • - A
  • 11-04-2022, 13:00

    Qalib dövlətin qalib rəhbəri - ÖZƏL

    2022-ci il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüssel səfəri və səfər zamanı keçirilmiş görüşlər ölkəmizin milli maraqlarının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Cənab Prezident İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər və onların nəticələri milli-dövlət maraqlarımızın ən yüksək səviyyədə qorunduğunu və təmin edildiyini göstərir.

    Görüşlərdə müzakirələrin əsasən Azərbaycan dövlətinin təkliflərinə uyğun olaraq aparılması ölkəmizin döyüş meydanında olduğu kimi, masada - siyasi-diplomatik sahədə də dominant olduğunu, danışıqların gündəliyin iformalaşdırdığını sübut edir. Azərbaycanın ilk şərtlərindən biri olan sərhədlərin delimitasiyasına başlanılmasına dair təklifin qəbul edilməsi və yaxınlarda işə başlanılması gərginliyi azaldacaq. Bu səfərdən çıxarılan daha bir nəticə ondan ibarətdirki, İlham Əliyev diplomatiyası dünyanın ikinci güc mərkəzinin – Avropa İttifaqının Azərbaycanla daha sıx əməkdaşlığı üçün də yeni imkanlar yaradır, İttifaqın regionumuzda rolunu artırır. Avropa İttifaqı indi Qərbdə cərəyan edən hadisələr fonunda Azərbaycana daha çox ehtiyac duyur. Ən başlıcası, dünyanın ikinci gücmərkəzi Azərbaycan dövlətini və onun rəhbəri İlhamƏliyevi regionun lideri, aparıcı gücü olaraq qəbul edir.

    44 günlük Vətən müharibəsində qazanılmış böyük Qələbədən sonra Ermənistanın kapitulyasiyası Azərbaycanın hərbi qələbəsi demək idi. Bunun davamı olaraq, Azərbaycan Moskvada və Soçidə keçirilmiş görüşlərdən siyasi-diplomatik qələbə ilə ayrıldı ki, bununla da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edildi. Bütün bunlar Brüssel qələbəsini labüdləşdirirdi. Brüssel görüşündə əldə olunan razılaşmalar böyük əhəmiyyət daşıyır.Görüşün nəticəsi Azərbaycan dövlətinin maraqlarını uyğunluğunu göstərmişdir. Görüş zamanı 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadına yaradılması üçün humanitar addımların davam etdirilməsi iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə olunmuşdur. Avropa İttifaqının vasitəçilik səyləri sayəsində Azərbaycanla Ermənistan arasında sülh əldə olunması üçün yeni mexanizm yaranır.

    Avropa İttifaqı yerinə yetirdiyi missiyası ilə ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını qarşısına məqsəd qoyub ki, bu istiqamətdə nailiyyətlər əldə etməyə yaxındır.Avropa İttifaqı Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə qoşulmasından sonra hazırlanan sənədlərdə ATƏT-in Minsk Qrupu həmsədlik institutuna istinad yoxdur. Bu fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşən şəxlərin tapılması ilə bağlı məsələdə də Azərbaycana dəstək göstərilməsi səfər zamanı toxunulan mühüm məqamlardan olmuşdur. Bu məsələdə Avropa İttifaqı Azərbaycana dəstək göstərəcəyini bəyan etmişdir.

    Ermənistanda hazırda hökm sürərn proseslər onu göstərir ki,Azərbaycan Respublikasının Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir. Azərbaycan qalib ölkə kimi daha çox şərtlər və tələblər irəli sürmədən regionda sülhü dəstəkləyr.


    İlham Ağayev – Masallı rayon Hişkədərə kənd tam orta məktəbinin direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR