Masallı rayonunun Öncəqala kəndi ərazisində səyyar-görüş qəbulu təşkil edilib.
Azadmedia.az xəbər verir ki, 15 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Öncəqala kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirib.
Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunub.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verib.
Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Məmmədov Rafil Pənah oğlu, Məmmədov Yunsur Məhərrəm oğlu, Qənbərov Aydınəli Eynulla oğlu, Məmmədov Rafəddin Müslüm oğlu, Məmmədov Püşan Heybət oğlu və başqaları suaparıcı kanalların təmizlənməsi üçün ekskovatorun verilməsi, mərasim evi tikilməsi üçün torpaq ayrılması, Ə. Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin istilik sisteminin mavi qaz xəttinə birləşdirilməsi, Viləş çayının Hüseynhacılı kəndindən keçən hissəsinin dərinləşdirilməsi, Hüseynhacılı kəndində yeni salınmış məhəlləyə elektrik xəttinin çəkilməsi və s. məsələlər barədə müraciət ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülüb.
ƏLİHÜSEYN ŞÜKÜROVÜlkər Piriyeva