AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"9 May Putin üçün utanc günü olacaq" - KİV

  • + A
  • - A
  • 16-04-2022, 23:23

    "9 May Putin üçün utanc günü olacaq" - KİV


    Rusiyada keçirilən Qələbə Günü paradının hərbi təmtəraq və tamaşası Ukraynadakı ağır döyüşlər və uğursuzluqlarla kəskin şəkildə ziddiyyət təşkil edəcək.

    Bu barədə hərbi ekspertlər "NBC News"a müsahiblərində deyiblər. Ekspertlər 9 May Rusiya Federasiyasının rəhbəri üçün utanc günü olacağını vurğulayıblar.

    "Bu vaxtadək Putin mayın 9-da Moskvada keçirilən paradlardan istifadə edərək, Sovet İttifaqının nasist ordusunun məğlubiyyəti fonunda Rusiya Federasiyası vətəndaşlarını bir araya toplayıb, rus kimliyini tanıdırdı", - deyə britaniyalı hərbi ekspert deyib.

    Kral Kollecinin Hərbi Tədqiqatlar Departamentinin politoloqu Ben Sudavar Putinin hər il Qələbə Günündə müasir təhlükəsizlik məsələlərinə toxunaraq, "Bu, Rusiyanın dünya siyasətindəki məqsədləri haqqında çox şey deyir", - deyə izah edib.

    Sudavar bildirib ki, Qələbə Günündə Putin əvvəlki kimi əsgərlərini sıraya düzə bilməyəcək. Çünki Rusiya Ukrayna ilə müharibədə artıq “minlərlə itki verib”.

    O, həmçinin Rusiya prezidentinin “xüsusi əməliyyat”da qələbələri barədə yalan danışmaq “çox asan” olduğunu bildirib.

    "Rusiya Silahlı Qüvvələri öz rəhbərliyi ilə razılaşmaya bilər, lakin bunu açıq şəkildə etmirlər. Bu, təkcə qisas qorxusu deyil, həm də sədaqətsizlikdə ittiham olunmaq qorxusudur", - Sudavar deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR