AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Beynəlxalq Mədəniyyət Günü konsert proqramı ilə qeyd olunub - FOTO

  • + A
  • - A
  • 18-04-2022, 13:04

    Masallıda Beynəlxalq Mədəniyyət Günü konsert proqramı ilə qeyd olunub - FOTO

    Masallıda Beynəlxalq Mədəniyyət Günü konsert proqramı ilə qeyd olunub.

    Azadmedia.az - N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində 15 Aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə konsert proqramı keçirilib. Konsert tədbirində mədəniyyət işçiləri iştirak edib.

    Konsertdən öncə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov təbrik nitqi ilə çıxış edərək mədəniyyət işçilərinə qarşıdakı fəaliyyətlərdə uğur arzulayıb. İdarə rəisi eyni zamanda, mədəniyyət sahəsində aparılan islahatlar, mütərəqqi və yeni idarəçilik konseptinə əsaslanan layihə yönlü idarəetmənin mahiyyəti haqda söhbət açıb.

    Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin sədri Vəkil İsmailov son dövrlər ərzində müvafiq sahədə həyata keçirilmiş tədbirlər, o cümlədən mədəniyyət işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.

    Sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva əlamətdar günlə əlaqədar geniş məruzə ilə çıxış edib. O, Beynəlxalq Mədəniyyət Gününün təsis olunması, müvafiq beynəlxalq təşkilatların fəaliyyəti, həmçinin ölkə mədəniyyətinin tarixi inkişaf yolu, bu günü və gələcək perspektivləri barədə fikirlərini auditoriyanın diqqətinə çatdırıb.

    Daha sonra rayon Mədəniyyət Mərkəzinin istedadlı sənət ustaları konsert proqramı ilə çıxış ediblər. Konsertdə Mərkəzin solistlərindən Miriş Hüseynov, Atamoğlan Zahid, Ruslan Zahidov və başqaları zövqlü musiqilər ifa ediblər. Vokal musiqi ifaları Mərkəzin instrumental musiqiçiləri tərəfindən müşayiət olunub.
    ƏLİHÜSEYN ŞÜKÜROV



















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR