Mariupolun müdafiəçilərinin müqaviməti Rusiya ordusu üçün bütün istiqamətlərdə problem yaradır.
Bu barədə Britaniya kəşfiyyatının məlumatında qeyd olunur.
“Rusiya komandanlığını Mariupolun alınması üçün nə qədər vaxtın lazım olduğu narahat edir. Ukraynalıların qətiyyətli müqaviməti Rusiya qoşunları üçün ciddi sınağa çevrilib. Bu isə həmin bölgəyə Rusiyanın şəxsi heyət və silahlarının cəmləşdirilməsini zəruri edir. Bu proses də Rusiyanın digər istiqamətlərdə hücumlarını ləngidir”, - deyə kəşfiyyat məlumatında bildirilib.
Mənbə: Pravda
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.