"ATƏT-in Minsk qrupunun mandatı etibarsızdır"
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü“Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər». Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirədə bildirib.
Dövlət başçısının müşavirədə qeyd etdiyi kimi ATƏT-in fəaliyyəti sıfırdır: "Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib".
Göründüyü kimi, Prezident İlham Əliyev yenə də bir daha xatırladıb ki, ATƏT yarandığı gündən münaqişənin həlli ilə bağlı heç bir addım atılmayıb. Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyib. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün konkret olaraq heç bir iş görməyib. Amma Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. 30 il həlli mümkün olmayan problemi Ali Baş Komandan, Azərbaycan Prezidenti «Dəmir yumruq» siyasəti yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Və bununla Prezident İlham Əliyev cənabları tərəfindən ATƏT -in Minsk qrupu üçlüyü məsələsinə birdəfəlik son nöqtə qoyulmuş oldu. Dövlət başçısının söylədiyi kimi, Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilərbəyan edib ki, ATƏT-in Minsk qrupunun Qarabağ üzrə mandatı de-fakto etibarsızdır. Bunu Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı müşavirədə bildirdi ki, Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır: "Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə "Dağlıq Qarabağ" adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və "münaqişə" sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir".
Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Brüssel sülh danışıqlarının nəticələrindən biri də ondan ibarətdir ki, son 30 ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa təmas qurulub və bu yaxınlarda iki ölkənin xarici işlər nazirlərinin telefon rabitəsi ilə dəqiqləşdirmələr aparmaları da bunu göstərir. Cənab Prezident İlham Əliyev də bu mühüm faktı müsbət qiymətləndirdi və haqlı olaraq bildirdi ki, iki ölkə arasındakı münasibətləri ölkələrin özləri həll etməlidir və qısa zamanda sülh müqaviləsi və sərhdlərin delimatisiyası üzrə nəzərdə tutulan işçi qrupları fəaliyyətə başlamalıdır.
Ermənistandan son günlər səsləndirilən bir çox bəyanatların təhlili onu göstərir ki, Paşinyan hakimiyyəti Azərbaycanın yaratdığı reallıqla və irəli sürdüyü şərtlərlə barışıb və daha praqmatik siyasət yürütməyə meyilldir, əks təqdirdə bunun nə ilə nəticələnə biləcəyinin fərqindədir. Dövlətimizin başçısı müşavirədəki çıxışı zamanı bu barədə də xəbərdarlığını etdi. Beləliklə, Ermənistan üzərinə götürdüyü öhdəlikərini yerinə yetirməyə dərhal başlamalı, ilk olaraq qanunsuz erməni silahlı dəstələrini Qarabağ regionunun yerdə qalan hissəsindən də tezliklə çıxarmalıdır. Artıq bütün bunlar bir daha sübut edir ki, Prezidentin söylədiyi kimi, ATƏT yalnız bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR