Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Cənab Prezident bildirib ki, Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl xüsusi məruzə hazırlandı və qəbul edildi – Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı məruzə. Orada hər şey açıq-aşkar deyilmişdi.
Tərtər çayının suyundan bizi məhrum etmişdilər. Halbuki Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağını suvarması nəzərdə tutulurdu. İndi biz Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da çəkiləcək.
Azərbaycana qarşı ekoloji terror siyasətini davam etdirən Ermənistan bu kontekstdə beynəlxalq hüquq normalarını pozmaqda, bütünlükdə region üçün ciddi təhlükə mənbələri formalaşdırmaqdadır. Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti mahiyyətinə və həyata keçirilməsi mexanizmlərinə görə çox müxtəlifdir. Ermənistan təkcə Qafqaz regionunda etnik təmizləmə siyasəti aparan işğalçı dövlət deyil, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə xidmət edən dövlətdir. İşğal olunmuş ərazilərin təbii sərvətlərinə və ətraf mühitə vurulan ziyan regionda ekoloji tarazlığı pozub.
Yüzlərlə yaşayış məntəqəsi ermənilər tərəfindən talan edilərək dağıdılıb, su, işıq, qaz və digər kommunikasiyalar tamamilə məhv edilib, dəmir yolu relsləri dağıdılıb və yararsız vəziyyətə salınıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə dəymiş ziyan çox böyükdür. Ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur.
Azərbaycanın rayonlarına qarşı həyata keçirilən bu ekoloji terror həmin ərazilərin işğal edildiyi ilk günlərdən başlayıb. Müharibədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyan aradan qaldırılmağa işlərinə başlanılıb. Zəfər günündə 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə quruculuq işləri həyata keçirilir. Eyni zamanda ermənilər tərəfindən ekologiyamıza vurulmuş zərərin aradan qaldırılması istiqamətində də mühüm tədbirlər görülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.