Azadmedia.az - 20 aprel 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Türkoba kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi. Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Məmmədova Sədaqət İmanqulu qızı, Abdullayev Şəhriyar Ağayar oğlu, Hüseynov Teymur Möhübbət oğlu, Həşimov Amil Hakim oğlu, Mehrəliyev Nadir Əliheydər oğlu və başqaları veteranlıq ala bilməməsi, dövlət tərəfindən tikilmiş evinin təmiri, işlə təmin olunma, qaz xəttinin qəzalı vəziyyətdə olması və s. məsələlər barədə müraciət etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.
ƏLİHÜSEYN ŞÜKÜROV
Ülkər Piriyeva