Döyüşlərin aktiv mərhələsi mayın 9-dək davam edəcək.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Ssenari belə də ola bilər - mayın 9-dan əvvəl öləcəklər, aktiv hücuma keçə bilməyəcəklər və ya bəlkə də daha tez olacaq. Və sonra mövqe müharibəsi və iyula qədər biz onları öz torpaqlarımızda tədricən məhv edəcəyik”, - Arestoviç söyləyib.
O, bundan sonra rusların “ipək kimi” olacağını, danışıqlara gedəcəyini və ən azı fevralın 23-nə qədər olan vəziyyətə qayıdacağını bildirib:
“Bu variantın əsas şərti kifayət miqdarda Qərb silahlarıdır - ilk növbədə artilleriyalar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.