AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu - FOTO

  • + A
  • - A
  • 22-04-2022, 17:43

    Masallı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu - FOTO


    QAYĞI İLƏ... Masallı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu

    Azadmedia.az - 22 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında Masallı RİH başçısının birinci müavini Məmmədhüseyn Hüseynov vətəndaşların qəbulunu keçirmişdir.

    Növbəti qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda 30 nəfərə yaxın vətəndaş — Abıyev Cəmaləddin Aşur oğlu, Kişiyev Cücayət Ağaxan oğlu, Mirzəyev Əlamət Hacıbala oğlu, Nuriyev Ruslan Fəttah oğlu, Əsədullayeva Sevda Mahir qızı, Həsənova Aynurə Qabil qızı, Kərimova Humay Abı qızı, Nurullayeva Elnaz Mehdi qızı, Əzizov Qılman Nəzir oğlu, Quliyev Aqşin Bağır oğlu, Əlizadə Elmar Əli oğlu, Kazımova Əsli Föhrüz oğlu, Ağayev Rəcəb Yunsur oğlu, Salmanov Tərlan Mübariz oğlu, Bəşirova Sünbülə Cabbar qızı, Əkbərov Aləddin Nəzir oğlu, Qarayeva Şasənəm Bəyiş qızı, İObrahimov Səyadulla Əlinağı oğlu, Əsədov Səyavuş Əsəd oğlu, Alışov Vaqif Abusət oğlu, Mehdiyev Təbib Nadir oğlu, Nəsirov Məhəmmədiyar Vahid oğlu, Qədirov Müşfiq Ataxan oğlu, Şahverdiyev Aşur İdris oğlu, Şükürova Vəsilə Zeyni qızı, Qasımzadə Sənan Fikrət oğlu, Rəfiyeva Minarə Əliəşrəf qızı və başqaları iştirak etmiş, əsasən maddi kömək, subasma, bələdiyyə və pay torpağı, 60 hektar çəltik sahəsində görülən işlər, həyətyanı torpaq sahəsi, ev problemi, iş ilə təminat, pensiya, ünvanlı sosial yardım, boşanma və aliment, əlil uşaqlarına kömək olunması məsələsi, səhiyyə ilə, özünəməşğulluqla, qaz, işıq xəttinin kəsilməsi, qurulması, sayğac və borcları və s. bağlı müraciətlər etmişlər.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olunmuş, digər məsələlər nəzarətə götürülmüşdür.

    ƏLİHÜSEYN ŞÜKÜROV





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR