Rusiya bu jurnalistləri xarici agentler reyestrinə daxil etdi
Rusiya Ədliyyə Nazirliyi martın əvvəlində bağlanan “Exo Moskvı” radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov, jurnalistlər Aleksandr Nevzorov və Sergey Parxomenkonu xarici media agentlərinin reyestrinə daxil edib.
Onlardan əlavə daha beş nəfər reyestrə daxil edilib.
Reyestrə həmçinin daxildir: Moskva Ali Sosial-İqtisadi Elmlər Məktəbinin (Şaninka) Sosial Elmlər Fakültəsinin dekanı Viktor Vaxşteyn, LGBT fəalı Yaroslav Sirotkin, jurnalistlər Artur Asəfiyev, Yekaterina Luşnikova və “Fond 19/29” araşdırmaçı jurnalistlər icmasının eksperti Vladimir Voronov.
Qafqaz.info
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR