AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sürücünü döyən yüksək vəzifəli məmur danışdı – Video

  • + A
  • - A
  • 26-04-2022, 09:00

    Sürücünü döyən yüksək vəzifəli məmur danışdı – Video


    Bakıda 10 VX 707 dövlət qeydiyyat nişanlı "Leksus" markalı maşının sürücüsü motosiklet sürücüsünü vuraraq təhqir edib.

    AzadMedia.az-ın Musavat.com-a istinadən məlumatına görə, videodan aydın olur ki, yoluna çıxdığına görə motosiklet sürücüsü "Leksus" sürücüsünə etiraz edir, bu zaman bahalı maşının sahibi motosikletin qarşısını kəsir. Motosiklet sürücüsünü keçərkən maşınla vuran sürücü sonra avtomobilindən düşərək, motosiklet sürücüsünü təhqir edir və vurur.

    Sosial şəbəkədə vətəndaşı döyüb təhqir edən şəxsin kimliyi də açıqlanıb. Qeyd olunub ki, o, 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur.

    O, ARPİA MTK-nın sahibidir.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı araşdırma başlanıldığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR