AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prokurorluq Salyandakı qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

  • + A
  • - A
  • 26-04-2022, 10:04

    Prokurorluq Salyandakı qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB


    Aprelin 25-i saat 23 radələrində Salyan rayonu, Təzəkən kəndi ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Salyan rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən kənd sakini Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq davam edir.

    ***

    08:40

    Salyanda 37 yaşlı şəxs qətlə yetirilib.

    Hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

    Həmin kəndin sakini, 1952-ci il təvəllüdlü Əliyev Məlikağa Əşrəf oğlu öz evində keçmiş kürəkəni Qarabağlı kənd sakini, 1985-ci il təvəllüdlü Məlikov Faiq Mətləb oğlunu aralarında yaranmış münaqişə zəminində bıçaqla qətlə yetirib.

    M.Əliyev polis tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR