Azadmedia.az - Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar 27 aprel 2022-ci il tarixdə N.Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzində Masallı Regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatı ilə birlikdə “Ümummilli lider Heydər ƏLIYEV və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirmişdir.Tədbiri giriş sözü ilə Masallı Regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatının sədri Bəxtiyar Qılıncov açmış, Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs etmişdir. S.Əliyev milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil etdiyini vurğulayaraq Ulu öndər H.Əliyevin: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir.Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” fikrini diqqətə çatdırmışdır.
Sonra ulu öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını diqqət mərkəzində saxladığını,sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşıla¬maq olduğunu bildirmişdir.
Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. Ümummilli lider Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və optimal yolların¬dan biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü. Bu mənada, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət və incəsənət günləri, eyni zamanda, Azərbaycanda keçirilən belə tədbirlər mədəniyyətlərarası dialoqun inki¬şafına çox gözəl yol açırdı. Ulu Öndərin mədəniyyət siyasəti bu gün cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Azərbaycanda mədəniyyətin bütün sahələri – teatr, kino, kitabxana, muzey və.s işinin inkişafı ilə bağlı qəbul olu¬nan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.
Azərbaycanın Birinci vitse-pre¬zidenti Mehriban xanm Əliyevanın da milli mədəniyyətimizin inkişa¬fında xüsusi xidmətləri var. Heydər Əliyev Fondu tərəfindən yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir. Bakıda müasir üslubda tikilən Muğam Mərkəzi, Xalça Muzeyinin binası analoqu olmayan arxitek¬tura nümunəsidir. Bu siyahını uzatmaq olar. Əsas olan budur ki, ölkəmizdə mədəniyyətin tərəqqisi davamlı xarakter almışdır.
Sonra tədbirdə Mahmudavar Mədəniyyət evinin direktoru Natəvan Əliyeva, N.Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzinin medodisti Teleh Mikayılov və başqaları çıxış edərək Heydər Əliyevin mədəniyyəti xalqın böyük sərvəti hesab etdiyini, elə ona görə də mədəni-mənəvi dəyərləri qorumasını, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün tədbirlər gördüyünü, , Heydər Əliyevlə bir epoxada yaşadığımız və ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğıya şahidlik etdiyimiz üçün xoşbəxt nəsil olduğumuzu bildirdilər.
Tədbiri Masallı Regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatının sədri Bəxtiyar Qılıncov Ulu öndərin: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir” fikirləri ilə yekunlaşdırmnışdır.
ƏLİHÜSEYN ŞÜKÜROV
Ülkər Piriyeva