AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT-nin baş katibi Buçaya GETDİ

  • + A
  • - A
  • 28-04-2022, 16:59

    BMT-nin baş katibi Buçaya GETDİ


    Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ukraynada nəzarətin bərpa olunduğu Borodyanka, Buça və İrpin şəhərlərinə səfər edib.

    Quterreş Borodyankanın müharibədən zərər çəkmiş məhəllələrinə baxış keçirdikdən sonra: "Mən ailəmi o uçuq-sökük və qaralmış evlərdən birində təsəvvür edirəm. Nəvələrimin təşviş içində qaçdığını görürəm. Ailə üzvlərindən biri öldü. 21-ci əsrdə müharibə cəfəngiyyatdır, 21-ci əsrdə müharibə qəddardır, qəbuledilməzdir”, - deyib.

    Buça səfəri zamanı o, Beynəlxalq Cinayət Məhkəməsinin prokurorlarının burada olmasından və baş verənləri araşdırmaqdan məmnun olduğunu açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR