AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkərandakı konfransda Masallıdan olan jurnalistlər də iştirak ediblər - FOTO

  • + A
  • - A
  • 28-04-2022, 20:13

    Lənkərandakı konfransda Masallıdan olan jurnalistlər də iştirak ediblər - FOTO

    Müasir dövrün çağırışlarında media ilə dialoq...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, aşkarlıq və şəffaflığın təmin olunması, əsas insan və vətəndaş hüquqlarının qorunması prokurorluq orqanlarının əsas prioritet istiqamətlərindən biri olmaqla bu sahədə mövcud münasibətlərin inkişaf etdirilməsinə yönələn kompleks islahatlar həyata keçirilməkdədir.

    Azadmedia.az - Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə bu il martın 14-də Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə şəhərində təşkil edilmiş konfransın əhəmiyyətli nəticələrə səbəb olması nəzərə alınaraq, silsilə tədbirlərin davamı olaraq Lənkəranda “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı işgüzar konfrans təşkil edilib.

    Konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak ediblər.

    Astara, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayon və Lənkəran Hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da olduğu konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

    Konfrans iştirakçıları şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər Xatirə Kompleksi”nə baş çəkib, qəbirlər üzərinə tər çiçəklər düzərək xatirələrini ehtiramla anıb.

    Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Lənkəran Rayon Prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.

    İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan press-tur iştirakçıları inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti, habelə kriminalistik avtomobil və avadanlıqlarla tanış olub.

    İştirakçılara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

    Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Lənkəran rayon prokuroru Taryel Ələkbərov informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib.

    Tədbirdə çıxış edən Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində kompleks işlər görüldüyünü qeyd edib, media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayıb, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

    2021-2023-cü illər üzrə Baş Prokurorluğun kommunikasiya strategiyasından bəhs edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək 200-ə qədər müraciətin məhz sosial media platformalarında olan hesablar vasitəsilə qəbul edildiyini bildirib.

    Tədbir zamanı, həmçinin dövlət qurumlarının sözçüləri çıxışlar edib, birgə əməkdaşlığın perspektivləri barədə təkliflər səsləndirilib.

    Konfrans iştirakçıları mövcud əməkdaşlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə də dəyirmi masa və görüşlərin təşkilinin əhəmiyyətli olacağını vurğulayıblar.

    Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, Lənkəran şəhərində keçirilən «Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı konfransında Masallıdan olan jurnalistlər — Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov, Akif Ağayev və İbrahim Şükürov da iştirak ediblər.
    Ğ ƏLİHÜSEYN ŞÜKÜROV
















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR