AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Boks idman növü üzrə rayon birinciliyinə yekun vurulub - FOTO

  • + A
  • - A
  • 1-05-2022, 17:38

    Masallıda Boks idman növü üzrə rayon birinciliyinə yekun vurulub - FOTO

    Masallıda Boks idman növü üzrə rayon birinciliyinə yekun vurulub.

    Azadmedia.az -
    28-29 aprel 2022-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Boks Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında boks idman növü üzrə Masallı rayon birinciliyinə yekun vurulub.

    Mükafatlandırlıma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək yarışda iştrak edən hər bir idmançıya uğurlar arzulamış və qalibləri təbrik edərək yarışın keçirilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin xatirəsinin əziz tutulması və Rayonda boks idman növünə olan marağın artırılmasından ibarət olduğunu bildirib.
    Qeyd edək ki, 70 nəfərə yaxın idmançının iştrakı ilə iki gün davam edən birincilikdə 11 çəki dərəcəsində idmançılar mübarizə aparıblar.
    Birincilikdə qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunublar.









    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR