AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Şahmat idman növü üzrə rayon birinciliyi - FOTO

  • + A
  • - A
  • 30-04-2022, 13:20

    Masallıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Şahmat idman növü üzrə rayon birinciliyi - FOTO

    Azadmedia.az - 27-29 aprel 2022-ci il tarixlərdə Uşaq-Gənclər İdman Şahmat Məktəbində Masallı rayon Gənclər və İdman idarəsinin və Masallı rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon birinciliyinə yekun vurulub.

    Mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin baş təlimatçısı Famil Fərmanlı çıxış edərək yarışın keçirilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin xatirəsinin əziz tutulması və şahmat idman növünün rayonda təbliğ olunmasından ibarət oldğunu qeyd ediblər.

    Sonda bir daha qalibləri təbrik ediblər.

    Qeyd edək ki, yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

    ƏLİHÜSEYN ŞÜKÜROV







    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR