AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Orucluq ibadəti yardımlaşmanı artırır, daxili dəyanəti gücləndirir

  • + A
  • - A
  • 1-05-2022, 21:30

    Orucluq ibadəti yardımlaşmanı artırır, daxili dəyanəti gücləndirir
    Rövşən Əhmədov
    YAP Ağcabədi rayon təşkilatının sədri


    İslam aləminin ən mübarək ayı olan Ramazan ayı sona çatır. Şükürlər olsun ki, artıq ikinci ildir ki, Ramazan ayına qalib xalq, Vətən və şəhadət eşqi sayəsində 30 illik işğala son vermiş millət kimi qədəm qoyuruq. Qarabağa zəfər yürüşünün əzmlə sona çatması Allahın lütfü və tarixi ədalətin bərpası oldu.

    Ramazan duaların qəbul olunduğu aylardandır.

    Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən İlahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir.

    Hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Tutduğunuz orucların, etdiyiniz duaların qəbul olunmasını, dövlətimizin və dövlətçiliyimizin cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daim güclü olmasını arzu edir, Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət və qazilərimizə şəfa diləyirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR