2021-ci ilin oktyabr ayından etibarən Şuşada 6 palata və 9 çarpayıdan ibarət ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Agentliyin İdarə heyətinin rəhbəri Zaur Əliyev hesabat xarakterli mətbuat konfransında məlumat verib.
Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar və reanimasiya şöbələri fəaliyyət göstərir.
İşğaldan azad olunmuş 6 ərazidə - Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanların açılması nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.