AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Muzeyi peşəkardan öyrənək” adlı layihə Şəki şəhərində təşkil olundu

  • + A
  • - A
  • 6-05-2022, 15:24


    “Muzeyi peşəkardan öyrənək” adlı layihə Şəki şəhərində təşkil olundu
    Azadmedia.az - Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şəki, Zaqatala, Oğuz, Balakən və Qax bölgələrində fəaliyyət göstərən ev, xatirə və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası, Heydər Əliyev mərkəzlərinin direktorları və baş fond mühafizlərinin, həmçinin elmi işçilərinin iştirakı ilə 27-29 aprel tarixlərində Səməd Vurğun adına Folklor evində təlim-seminar təşkil edilmişdir.

    Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsədova Xədicə tərəfindən aparılan növbəti təlim-seminarda muzey fondlarında qorunan eksponatların sənədləşmə işi, onlar üçün əlverişli şəraitin təşkili, elmi inventarizasiya, ekspozisiyanın tərtibatı üçün tematik planların hazırlanmasına dair müzakirələr aparılmışdır. Həmçinin, “Azərbaycan incəsənəti dünya muzeylərində” mövzusunda təqdimat keçirilmiş, Qətər, ABŞ, Türkiyə, Rusiya (Ermitaj və Rusiyanın Etnoqrafiya muzeyi), İran, Ukrayna, Böyük Britaniya və digər ölkə muzeylərini bəzəyən incəsənət nümunələrimiz haqqında ətraflı məlumat verilmişdir. Tədbirdə ümumilikdə 16 mədəniyyət müəssisəsindən 40-dək muzey əməkdaşı iştirak etmişdir.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

    Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR