Milliyyətçi Hərəkat Partiyasının (MHP) keçmiş millət vəkili Kemalettin Nalcı qardaşını güllələyib.
Sfera.az bildirir ki, hadisə Çerkezköy mahalına bağlı Cümhuriyyət Mahallesi ərazisində baş verib. Belə ki, 23-cü dövr MHP Tekirdağ millət vəkili Kemalettin Nalcı ilə böyük qardaşı Əziz Nalcı arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib və silahını çıxaran Kemalettin Nalcı qardaşının üstünə güllə yağdırıb. Əziz Nalcı güllələrdən birinin ayağına dəyməsindən sonra yerə yıxılıb.
Hadisə yerinə tibbi yardım maşını gəlib. İlkin müdaxilənin ardınca Əziz Nalcı xəstəxanaya aparılıb. Kemalettin Nalcı isə polislər tərəfindən nəzarətə götürülüb. Hadisə anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
İddialara görə, iki qardaş arasındakı davaya səbəb vərəsəliklə əlaqəli olub. Faktla bağlı araşdırmalar davam etdirilir.