Ukraynada müharibə başlayandan bəri 225 ukraynalı uşaq həlak olub.
Bu barədə Ukrayna Baş Prokurorluğu teleqram səhifəsində məlumat yayıb.
"Mayın 8-i səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində 638-dən çox uşaq zərər çəkib. Eyni zamanda, rəsmi məlumatlara görə, 225 uşaq həlak olub.
Uşaqlar arasında ən çox qurbanlar Donetskdə - 139, Kiyevdə - 116, Xarkovda - 98, Çerniqovda - 68, Xersonda - 46, Nikolayevdə - 44, Luqanskda - 42, Zaporojyedə - 28, Sumi vilayətlərində - 17, Kiyevdə - 16, Jitomda - 115 nəfərdir.
Rusiya Federasiyası silahlı qüvvələrinin Ukraynanın şəhər və kəndlərini gündəlik bombardmanları və atəşə tutması nəticəsində 1635 təhsil müəssisəsinə ziyan dəyib. Eyni zamanda, onlardan 126-sı tamamilə məhv edilib”, -məlumatda qeyd edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.