AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əhmədbəyli-Füzuli-Şuşa yolundakı tunellərin tikintisindən yeni görüntülər – FOTO

  • + A
  • - A
  • 8-05-2022, 16:00

    Əhmədbəyli-Füzuli-Şuşa yolundakı tunellərin tikintisindən yeni görüntülər – FOTO


    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunün üzərindəki tunellərin inşası davam etdirilir.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat yayıb.

    Bildirilib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun önəmi onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir.

    Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən 81.6 km-lik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

    Tikintidən yeni fotoları təqdim edirik:









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR