Azadmedia.az - Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İsveçrənin Bazel şəhərində PKK terror təşkilatı tərəfdarlarının "23 Aprel Beynəlxalq Uşaq Festivalı"nı hədəf alan hücumu ilə bağlı sosial media hesabından paylaşım edib.
İllərdir körpələri, uşaqları öldürərək və ya qaçıraraq ailələrindən qoparan PKK terror təşkilatının bu dəfə İsveçrədə keçirilən uşaq festivalına hücum etməsinin qanlı terror təşkilatının əsl simasıyla yanaşı İsveçrə üçün yaratdığı təhlükəni də ortaya qoyduğunu qeyd edən Altun paylaşımında “PKK-nın İsveçrədə varlığı terrorun zəhərli sarmaşıq kimi Avropanı bürüdüyünü və bu qlobal təhlükəyə qarşı çoxşaxəli mübarizənin zəruriliyini bir daha nümayiş etdirib. Terrorçulara və terrora qarşı ayrı-seçkilik etmədən qətiyyətli və effektiv mübarizə aparan Türkiyə digər ölkələrdən də eyni şəkildə qlobal terrora qarşı lazımi güclü mübarizə, real əməkdaşlıq və səmimi həmrəylik görməyi gözləyir.”, - deyə bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.