AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib - FOTO

  • + A
  • - A
  • 10-05-2022, 23:44

    Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib - FOTO

    Azadmedia.az - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar Masallı rayonunda silsilə tədbirlər həyata keçirilib.

    10 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov və aparatı, millət vəkili Məşhur Məmmədovun köməkçiləri, Əli Nağıyev, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev və idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, qazilər, məktəblilər və rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

    Sonra tədbir iştirakçıları Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş rayon məktəblilərinin Ulu Öndərin xatirəsinə həsr etdikləri əl işlərindən ibarət yaradıcılıq sərgisinə baxış keçiriblər.

    ƏLİHÜSEYN ŞÜKÜROV














    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR