AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda şəhid mayor Anar Novruzovun xatirəsinə turnir keçirilib - Foto

  • + A
  • - A
  • 12-05-2022, 12:15

    Masallıda şəhid mayor Anar Novruzovun xatirəsinə turnir keçirilib - Foto

    Azadmedia.az - 11 may 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin birgə təşkilatçılığı ilə “Masallı Gəncləır evi” sosial xidmət müəsissəsində şəhid mayor Novruzov Anar Gülverdi oğlunun xatirəsinə həsr olunmuş Masallı rayon tam orta və ümumi orta ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Tir atıcılığı” üzrə rayon turniri keçirilib.

    Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov,Təhsil şöbəsinin əməkdaşı Əkbər Mahmudov, SHXÇ üzrə DX-nın Masallı rayon şöbəsinin əməkdaşı gizir Urfan Məmmədov, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin müdiri Fuad Mənsimov, I və II Qarabağ müharibəsinin iştirakçıları Camaləddin Məmmədov və Həmid M’nsimov , şəhid mayor Anar Novruzovun qardaşı Sücəddin Novruzov və şəhid mayor Anar Novruzovun övladı Nihat Növruzov tədbirdə çıxış edərək şəhid mayor Anar Novruzovun keçdiyi şərəfli döyüş yolundan və keçimiş xatirələrindən danışaraq yarış iştrakçılarına uğurlar arzulamışlar.

    Qeyd edək ki, turnirdə qalib gəlmiş şagirdlər 12 may 2022-ci il tarixdə Anar Növruzovun doğum günündə təşkil ediləcək anım tədbirində Masallı rayon Gənclər və İdfman İdarəsi tərəfindən mükafatlandırılacaq.





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR