Suriya tərəfindən Qaziantep Karkamış sərhəd məntəqəsinə minaatanlarla hücum edilib.
Azadmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 4 əsgər və 1 mülki şəxs yaralanıb.
Hücum Suriyanın Ayn-Əl Ərəb bölgəsindən edilib.
Yaralı əsgərlər Qaziantep və ətraf rayonlardakı xəstəxanalara aparılıb. Sərhəd xəttində gərgin anların davam etdiyi bildirilir.
Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayaraq hücumun edildiyi hədəflərə cavab atəşi ilə misli ilə qarşılıq verildiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.