AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin Türkiyə səfəri Moldova mətbuatında - FOTO

  • + A
  • - A
  • 16-05-2022, 08:58



    Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə səfəri, Rize-Artvin Hava Limanının açılışında iştirakı Moldova mətbuatı tərəfindən geniş işıqlandırılıb.

    Moldovanın nüfuzlu “NOİ”, “TV8”, “Rupor” və digər xəbər portallarında rus və rumın dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və Rize-Artvin Hava Limanının açılışında çıxışı yer alıb. Qeyd edilib ki, yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib.

    Məqalələrdə Prezident İlham Əliyevin çıxışındakı fikirlərə geniş yer verilib. Dövlətimizin başçısının çıxışına istinadla Azərbaycan və Türkiyə münasibətləri, İkinci Qarabağ müharibəsi zamanı iki ölkə arasındakı əməkdaşlıq və digər fikirlər öz əksini tapıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR