AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı

  • + A
  • - A
  • 16-05-2022, 13:48

    Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı


    Türkiyənin paytaxtı Ankarada “Scholastic Aptitude Test” (SAT) imtahanının suallarını satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.

    “AzadMedia.az “NTV”yə istinadən xəbər verir ki, saxlanılan şəxslər sırasında Azərbaycan və İran əsilli vətəndaşlar da var.

    Sözügedən şəxslər imtahan suallarını 2-3 min dollara satmaqda şübhəli bilinirlər.

    Bildirilir ki, polisin həyata keçirdiyi əməliyyat nəticəsində Efsane G., Farnaz H., Fuad K., Alakbar K., Saeed K. ve Ali A. adlı şəxslər saxlanılıb. Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış tədbirləri zamanı 18 “SAT” imtahanı sual kitabçası, eləcə də çox sayda elektron materiallar aşkar olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR