İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən bütün məktəblər, universitetlər və dövlət müəssisələri bağlanıb.
Bu barədə Tehran merinin müavini Abid Mələki şəhərdə havanın çirklənmə səviyyəsi və görülən tədbirlərlə bağlı açıqlama yayıb.
Meleki, “Havanın Çirklənməsi ilə bağlı Fövqəladə Komitə son dərəcə antisanitar vəziyyətə görə toplandı. Çərşənbə axşamı havanın çirklənməsi daha da güclənəcək. Buna görə də Tehranda bütün yaş qrupları üçün bütün qurumların, universitetlərin və məktəblərin bağlanması qərara alınıb”, - deyə açıqlamasında bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.