AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BU RAYONLARIN QAZ TƏCHİZATINDA MÜVƏQQƏTİ FASİLƏ YARANACAQ - XƏBƏRDARLIQ

  • + A
  • - A
  • 19-05-2022, 13:19

    BU RAYONLARIN QAZ TƏCHİZATINDA MÜVƏQQƏTİ FASİLƏ YARANACAQ -

    Azadmedia.az - “Qaz İxrac” İdarəsinə məxsus qaznəqli sistemində 19.05.2022-ci il tarixində planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatanadək, “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatanadək isə “Çinarlı”, “Şəmkir”, “Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.

    Təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR