Məktəblinin müəllifi olduğu “Dəmir yumruqlu komandan!” şeiri böyük marağa səbəb olub
AzadMedia.az aztv.az-a istinadən xəbər verir ki, Azərbaycan Radiosunun (105 FM) 15 yaşadək məktəblilər üçün elan etdiyi şeir, hekayə və esse müsabiqəsinin qalibləri açıqlanıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, müsabiqəyə 350-yə yaxın iştirakçı qatılıb, onlardan 6-sı qalib olub. 3 yer şeir, 3 yer isə nəsr təqdim edən iştirakçılara ayrılıb.
Şeir təqdim edən iştirakçılardan Laçın rayon 21 saylı orta məktəbin 4-cü sinif şagirdi Zəhra İmranlı “Dəmir yumruqlu komandan!” şeiri ilə 1-ci yerə, 7-ci sinif şagirdi Leyla Rəhimli “Bu yol Şuşaya gedir” şeiri ilə 2-ci yerə, 9-cu sinif şagirdi Ədil Məsimov isə “Azad oldu Qarabağ” şeiri ilə 3-cü yerə layiq görülüb.
4-cü sinif şagirdi Aylin Ağazadə “Mənim atam” adlı nəsr nümunəsi ilə 1-ci yerə, Xədicə Allahverdiyeva “Arzu” adlı nəsr nümunəsi ilə 2-ci yerə, Xədicə Əliyeva isə “Şanlı bayraq” nəsr nümunəsi ilə 3-cü yerə layiq görülüb.