AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq konfransda “Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi və ekosistemlərin qorunması” mövzusu müzakirə olunub

  • + A
  • - A
  • 20-05-2022, 15:15


    Beynəlxalq konfransda “Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi və ekosistemlərin qorunması” mövzusu müzakirə olunub
    Azadmedia.az - Şuşada keçirilən “Postmünaqişə dövründə humanitar gündəliyin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans dördüncü plenar sessiya ilə işini davam etdirib.

    Mayın 20-də gerçəkləşən sessiya “Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi və ekosistemlərin qorunması” mövzusuna həsr olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyevin moderatorluğu ilə keçən sessiyada İCESCO-nun “Dayanıqlı və ağıllı şəhərlər” layihəsinin koordinatoru Fuad əl-Ayni, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Mərkəzi Asiya üzrə subregional ofisinin eksperti Kaan Evren Başaran, biomüxtəliflik, qorunan ərazilər, vəhşi təbiətin mühafizəsi və digər ekoloji problemlər üzrə ekspert Hartmurt Müller, Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası elm siyasəti platformasının (BEXHP/ IPBES) nümayəndəsi Rövşən Abbasovun çıxışları dinlənilib.

    Qeyd olunub ki, “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası modern dünyada mühüm əhəmiyyətə malikdir və bu kimi şəhərlərin yaradılması, inkişafı insanların yaşam şəraitinə müsbət təsir göstərəcək. Eyni zamanda bununla bağlı müxtəlif təlimlər keçirilməlidir.

    Diqqətə çatdırılıb ki, dünyada baş verən iqlim dəyişikliyi ərzaq qıtlığı və digər resursların məhdudlaşmasına səbəb olur. Qarabağda ətraf mühitin yaşıllığı, havanın təmizliyi insanda pozitivlik yaradır və bu regionun yaşıllığı ətraf mühitə öz təsirini göstərir. Azərbaycanın gözəl, mükəmməl ərazi sistemi var. Azərbaycanişğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi “Ağıllı kənd” layihəsi həm ekosistem üçün, həm də modern texnologiyalardan istifadə baxımında əhəmiyyətli hadisədir.

    Moderator Rəşad Allahverdiyev çıxışlardan sonra qeyd edib ki, Azərbaycan milli və bəşəri mədəni irsin qorunmasına hər zaman xüsusi diqqətlə yanaşıb. 30 il müddətində işğal altında qalan ərazilərimizdə Ermənistan tərəfindən törədilən vandalizm bizləri məyus edir. Bu, Azərbaycana deyil, bütün bəşəriyyətin mədəniyyətinə və tarixinə qarşı törədilən cinayətdir. Hər bir xalq üçün onun tarixi və mədəni irsi çox önəmlidir. Daha Sonra plenar sessiya mövzu ətrafında müzakirələrlə davam edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR