ABŞ-ın geniş oxucu kütləsinə malik nüfuzlu “Frontpage Magazine” jurnalında “Yəmən və Azərbaycan yəhudiləri” sərlövhəli məqalə dərc olunub.
Azadmedia.az xəbər verir ki, siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalə İsrailin sabiq rabitə, kibertəhlükəsizlik və peyk naziri Ayub Karanın rəhbərlik etdiyi İqtisadi Sülh Mərkəzinin Yəmən Yəhudiləri Assosiasiyası ilə birlikdə İsrailin Netanya şəhərində Yəmən Yəhudilərinin Mədəniyyət Mərkəzində “Azərbaycanın yəhudi icmasından Yəmən yəhudilərinə: iki icmanın tarixi” mövzusunda təşkil etdiyi tədbirə həsr olunub.
Azərbaycanın İsraildəki turizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadənin, habelə İsraildəki Azərbaycan və Yəmən yəhudi icmaları üzvlərinin qatıldığı tədbirdə İsrail Muzeylər Assosiasiyasının sədri, Yəmən Yəhudiləri Assosiasiyasının prezidenti, Hayfa Universitetinin sosiologiya və antropologiya üzrə fəlsəfə doktoru Yiqal ben Şalom, London Kral Kollecinin fəlsəfə doktoru, “İsrail Akademiya Monitor” beyin mərkəzinin direktoru Dana Barnet, Bar-İlan İsrail Universitetinin professoru, İsrailin İran və ərəb dünyası üzrə ən tanınmış eksperti, “NEWSRAEL” xəbər agentliyinin vitse-prezidenti Mordexay Kedar, İsraildəki dağ yəhudiləri icmasının liderlərindən Ravvin Şmuel Simantov, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivak, İqtisadi Sülh Mərkəzinin redaktoru Reyçel Avraham kimi İsrail cəmiyyətinin tanınmış simaları məruzə ilə çıxış ediblər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində - 10 may 2022-ci il tarixində keçirilmiş tədbirdə ulu öndərin zəngin dövlət idarəçilik irsi və təməlini qoyduğu multikulturalizm siyasətinin Azərbaycan modeli, habelə Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevin multikulturalizm siyasəti əsas müzakirə mövzularından olub. Qeyd olunub ki, Azərbaycandakı yəhudi icması milli hüquqlarının reallaşdırılması baxımından Yəməndəki soydaşlarından çox irəlidədir, Azərbaycan dövlətinin multikulturalizm siyasətini başqalarının nümunə götürməli olduğu bir model kimi təbliğ etmək vacibdir, çünki Azərbaycan İsrail ilə müqayisədə yəhudilərin daha təhlükəsiz və əmin-amanlıq şəraitində yaşadığı yerdir.
Məqaləni ətraflı şəkildə
linkdən oxumaq mümkündür.
My Webpage
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.