AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib - FOTO

  • + A
  • - A
  • 25-05-2022, 15:03

    Masallıda Mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib - FOTO



    Azadmedia.az - Mayın 24-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.

    Seminar-müşavirədə Mərkəzin tabeliyində fəaliyyət göstərən müəssisələrdə ay ərzində keçirilmiş tədbirlər və qarşıdan duran vəzifələr müzakirə olunub.

    Seminar-müşavirəni giriş sözü ilə açan Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.

    Tədbirdə çıxış edən Mərkəzin bəddi rəhbəri Sakit Müslümov dərnəklərin daha da təkmiləşdirilməsi ilə əlaqədar təkliflərini qeyd edib. Sonra Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin metodisti Taleh Mikayılov "Şuşa ili" çərçivəsində keçirilən tədbirlərlə əlaqədar müvafiq metodiki tövsiyələri iştirakçıların diqqətinə çatdırıb.

    Yekunda Mahmudavar Folklor evinin direktoru Natavan Əliyeva Şuşa səfəri ilə bağlı təəssüratlarını iştirakçılarla bölüşüb.






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR