AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aprel döyüşlərinə həsr olunmuş tamaşa

  • + A
  • - A
  • 31-03-2022, 10:16

    Aprel döyüşlərinə həsr olunmuş tamaşa

    Aprelin 5-də Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayonun Mədəniyyət Mərkəzinin səhnəsində Aprel döyüşlərinin qəhrəmanları Nurlan və İntiqam Əsgərli qardaşlarının xatirəsinə həsr olunmuş “Bir şəhid və bir şahid” tamaşası nümayiş olunacaq. Yazıçı-dramaturq Nurəddin Ədiloğlunun “Vətən pərvanələri” pyesinin motivləri əsasında hazırlanmış tamaşaya Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının rejissoru Camələddin Əliyev quruluş vermişdir. Tamaşada Xalq teatrının aktyorları ilə yanaşı Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, Biləsuvar və Cəlilabad rayon Mədəniyyət Mərkəzlərinin həvəskar aktyorları da iştirak edəcəklər. Tamaşanın məsləhətçiləri iki şəhid anası Ziba xanım Əsgərova və Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərovdur. “Bir şəhid, bir şahid” tamaşasında istifadə olunan müsiqi parçalarını Ruslan Zahidov, səhnə tərtibatını Elsevər Əliyev hazırlamışdır. Xatırladaq ki, bundan əvvəl müəllifin “Oğurlanmış talelər” tamaşası Biləsuvar və Masallıda teatr həvəskarlarına təqdim olunmuşdur.

    AzadMEDİA.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR