AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı şəhərinin Şəhid əsgəri Araz Elsevər oğlu Seyfullayevin anım mərasimi keçirilib

  • + A
  • - A
  • 9-10-2021, 03:14

    Şəhid əsgər Araz Seyfullayevin anım mərasimi olub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 08 oktyabr 2021-ci il tarixdə Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Araz Elsevər oğlu Seyfullayevin anım mərasimi keçirilib.

    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.

    Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub.

    2007-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub.
    2018-ci ildə həmin məktəbi bitirib.
    2019-cu ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Göytəpə şəhərinin “N” saylı hərbi hissəsində davam etdirib.
    2019-cu ilin oktyabr ayının əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
    Azərbaycan Ordusunun əsgəri Araz Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edərək şəhidlik zirvəsinə ucalıb.
    8 oktyabr 2020-ci il tarixdə Masallı şəhər Digah qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.

    Masallı şəhərindən olan Vətən müharibəsinin şəhid əsgəri Araz Elsevər oğlu Seyfullayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR