AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı şəhər 1 saylı Uşaq Polikilinkasında 1 iyun Uşaqların Müdafiəsi günü qeyd olunub

  • + A
  • - A
  • 1-06-2022, 21:20

    Bakı şəhər 1 saylı Uşaq Polikilinkasında 1 iyun Uşaqların Müdafiəsi günü qeyd olunub


    Ağ xalatlı mələklərimiz - gözəl həkimlərimiz.Hər an, gecə-gündüz demədən sağlamlığımızla bağlı problemlərimizi həll edən gözəl insanlar.

    Hələ uşaq həkimləri bir başqa qayğıkeş, uşaq qəlbli olurlar.Onların psixologiyasına bələd olan, öz dillərində onları dindirən gözəl pediatrlarımız.Savadları,təcrübələri ilə uşaqların qayğısını çəkən gözəl insanlar. Sizi nə qədər gözəl sözlərlə vəsf eləsək yenə də azdır.

    Bu gün qayğıkeş həkimlərimizin bir yerdə yığışıb, canla-başla uşaqlara qulluq elədikləri bir məkanda, Bakı şəhər 1 saylı Uşaq poliklinikasında Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub.

    Bakı şəhər 1 saylı Uşaq Polikilinkasında 1 iyun Uşaqların Müdafiəsi günü qeyd olunub
    Sanki bu gün həkimlərimiz də bir uşaq olmuşdular. Uşaqlarla bir yerdə əylənib,deyib-gülürdülər. Poliklinikada əyləncəli viktorinalar, yarışlar, müsabiqələr təşkil olunmuşdur. Rəhbərlik tərəfindən uşaqlara hədiyyələr də təqdim olundu. Bu onların sevincini birə-on artırdı.

    Valideynlər adından Bakı Şəhər 1 saylı Uşaq Polikilinkası rəhbərliyinə başda Ayşən xanım Ləmbaranskiyə, kollektivə öz təşəkkürümüzü bildiririk.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR