Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Mediada gender bərabərliyi və peşəkarlıq” adlı təlim keçirilir. Azadmedia.az xəbər verir ki, Təlim “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 2.3.2-ci “Gender bərabərliyi və ayrı-seçkilik mövzularında kütləvi informasiya vasitələrinin əməkdaşlarının bacarıqlarının artırılması” bəndinə uyğun olaraq təşkil olunub və məqsədi jurnalistlərin bu sahədə peşəkarlıqlarının artırılmasıdır.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimi girişi sözü ilə açıblar.
Təlimdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov,
Türkiyə Respublikası Kadının Statusu Genel Müdürlüğünün eksperti Vesile Kılıç,
media eksperti Aynur Bəşirli müxtəlif mövzularda çıxış ediblər.
Qeyd edək ki, təlim 2-3 İyun tarixlərində davam edəcək və sonda jurnalistlərə Sertifikatlar veriləcək.