Lənkəran şəhərində “İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi dövlətin ali məqsədidir” adlı tədbir keçirilib.
Azadmedia.az - 10 iyun 2022-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Regional Mədəniyyət İdarəsinin, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi dövlətin ali məqsədidir” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himini ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süktla yad olunub.
Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov müstəqil və müasir Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi sahəsində dövlətin rolundan danışıb. O, qeyd edib ki, İnsan hüquq və azadlıqlarının təmin edilməsi vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcа meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur.
Daha sonra Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi bəyan edilib. O bildirib ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 18 iyun tarixi respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova insan hüquqlarının müdafiəsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatların haqqında çıxış edib.
Mövzu ilə bağlı fəal gənclər öz fikirlərini ifadə ediblər. Tədbir qarşılıqlı diskusiya formasında davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.